Sosial şəbəkələrdə verilmiş məlumat xüsusi rol oynayıb.
Bakıda 7 ay əvvəl itkin düşən 25 yaşlı qadın tapılıb.
Xətai rayon Polis İdarəsindən bildirilib ki, 1991-ci il təvəllüdlü Xumar Sadıqova ötən gecə paytaxt ərazisində tapılaraq ailəsinə təhvil verilib.
Polisdən qeyd olunub ki, X. Sadıqovanın tapılmasında ötən gün onun itkin düşməsi barədə xəbər saytlarında və sosial şəbəkələrdə verilmiş elan xüsusi rol oynayıb. Bu elanı görən X. Sadıqovanı tanıyanlar dərhal polisə zəng edərək onun yerini deyiblər.
Qeyd edək ki, Xətai rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib.
Evdən gedərkən o, özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri olmadığı üçün babası uşağı orta məktəbə də düzəldə bilməyib.
16.03.2016
Bakıda 25 yaşlı qadın itkin düşüb.
Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, rayon sakini Ramiz Sadıqov 2015-ci ilin sentyabrında polisə ərizə ilə müraciət edərək qızı, 1991-ci il təvəllüdlü Xumar Sadıqovanın itkin düşməsi barədə məlumat verib.
Evdən gedərkən o özü ilə heç bir sənəd götürməyib və 7 yaşlı oğlunu da aparmayıb. Uşaq hazırda baba və nənəsinin himayəsindədir. Valideynləri yoxdur deyə babası uşağı orta məktəbə də düzəldə bilməyib.
Hazırda X. Sadıqovanın tapılması istiqamətində axtarışlar davam etdirilir.
Polisdən itkin düşən ananın fotosunu da təqdim ediblər. Onu görənlərdən və tanıyanlardan (050) 299-29-20 nömrəli telefona məlumat vermələri xahiş olunur./apa
7News.az








