RU
İtkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapıldı
13:00
126

İtkin düşən 70 yaşlı kişinin yanmış meyiti tapıldı

Mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il  təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ