
7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Daily Star" yazır.
Belə ki, ötən ilin yanvar ayında evdən çıxan 70 yaşlı Luis Sosa bir daha qayıtmayıb.

Bundan sonra zibilxanada qalıqları tapan polis əməkdaşları kişinin kəllə sümüyünü ailəsinə poçtla göndəriblər.
Mərhumun ailəsi onlara qarşı belə qəddar rəftardan hiddətlənib. Bundan başqa, polis kişinin ölümünün səbəbini də öyrənə bilməyib.

Qeyd olunur ki, ailə dövlət tərəfindən ölüm şəhadətnaməsi olmadan babalarını dəfn edə bilmir.
7News.Az








