RU
İtkin düşən Yevlax sakini axtarılır
15:24
156

İtkin düşən Yevlax sakini axtarılır

Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Hüseynli itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur. Onun əlamətləri belədir: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.  

7NEWS.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ