Bərdədə evdən çıxaraq geri qayıtmayan gəlin Türkanə Məmmədova tapılıb.
7news.Az bildirir ki, bu barədə axar.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
20 yaşlı Türkanənin sağ-salamat olduğu bildirilib və evdən niyə qaçdığı, hansı şəraitdə tapıldığı açıqlanmayıb. O, bir müddət əvvəl ərindən boşanıb.
Onun keçmiş əri Rusiyada yaşayır. Son dəfə metronun "İnşaatçılar" stansiyasına görüblər. Lakin qız qaçaraq yenə gözdən itib.
Xatırladaq ki, o, bir neçə gün əvvəl azyaşlı övladını anası ilə tək qoyub evdən çıxmış, geri qayıtmamışdı.
7news.Az








