RU
İtlər koronavirus testlərindən DAHA EFFEKTİVDİR - FOTO
17:10
146

İtlər koronavirus testlərindən DAHA EFFEKTİVDİR - FOTO

Helsinki hava limanında sərnişinlərdə koronavirusu aşkarlayan xidməti itlər, demək olar ki, 100% effektivlik göstəriblər.

7News.Az xəbər verir ki, bu barədə "Express" yazır.

 

Sınaqlar zamanı növbə ilə işləyən 16 it təxminən 2200 könüllünü "test edib".

Gündə orta hesabla 100 sərnişin belə "test"dən keçir. Heyvanlarla aparılan təcrübə dekabr ayı ərzində də davam edəcək.

Tədqiqat zamanı hava limanına gələn vətəndaşlar sıra ilə düzülərək dərilərini salfetlə silirlər. Biomaterialı qaba yerləşdirib itlərə iylətdirirlər. İtlər mənfi nəticələrə reaksiya vermir və yalnız müsbət nəticələri hürməklə, uzanmaqla, yaxud pəncələrini toxundurmaqla göstərirlər.

İtlər koronavirus testlərindən DAHA EFFEKTİVDİR - FOTOİtin göstərdiyi sərnişin əlavə PCR analizi verir.

Helsinki Universitetindən olan Anna Hilm-Byerkmanın sözlərinə əsasən, xidməti itlərdən istifadə hava limanlarında PCR testinin ucuz və daha tez alternativi ola bilər. Belə ki, bu heyvanlar adi testlərdən 5 gün tez tam dəqiqliklə koronavirusu təyin edirlər. Köpəklərin vasitəsilə yoxlanış hava limanına təxminən 300 min avroya başa gəlir, lakin hətta bu məbləğ PCR testindən daha ucuzdur.

Xatırladaq ki, avqust ayında Dubay Beynəlxalq Hava Limanı koronavirusa yoluxan sərnişinləri müəyyənləşdirmək üçün dünyada ilk dəfə köpəklərdən istifadə edib. Heyvanlar sərnişinlərlə təmasda olmadan işlərini görürlər.

İtlər koronavirus testlərindən DAHA EFFEKTİVDİR - FOTO7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ