RU
İtləri güllələyəni polis saxladı
16:20
531

İtləri güllələyəni polis saxladı

Dünən Pirallahı qəsəbəsi ərazisində sahibsiz itlərə atəş açan şəxs Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

7news.Az DİN-ə istinadən xəbər verir ki, araşdırmalar zamanı onun qəsəbə sakini Qismət İmanov olduğu müəyyən edilib.

 

Ondan müvafiq sənədləri olmayan ov tüfəngi və 1 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Pirallahı RPŞ-də araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ