RU
İtmiş komanda tapıldı: mağaranı su basıb - VİDEO
13:50
557

İtmiş komanda tapıldı: mağaranı su basıb - VİDEO

Taylandda yeniyetmələrdən ibarət yığma komanda tapılıb.

Komandanın 12 üzvü və baş məşqçi Taylandın şimalındakı Çianqray bölgəsində yerləşən Tşam Luaenq mağarasına yollanmışdılar. İyunun 22-də mağaraya girən komanda və məşqçi dünənədək orada qalmalı olublar.

Güclü leysan yağışı mağaranın çıxışlarını "qapatmışdı".

"Patayya çimərliyi" adlanan qumsallıqda gəzən komanda mağaraya girərkən velosipedlərini qayalıqda qoymuşdular.
 

Xilasedicilər də həmin velosipedləri görəndə yeniyetmələrlə məşqçinin mağarada olduğunu təsbit ediblər.

Mağaradakılara 4 aylıq ərzaq ehtiyatı və su verilib. Xilasedicilər leysan yağışlarından sonra mağarının girişini bağlamış suyun səviyyəsinin aşağı düşməsini gözləyirlər.

Xilasetmə əməliyyatına ABŞ Hərbi-Dəniz Donanmasının xüsusi təyinatlı SEAL ("dəniz pişikləri") dəstəsi də cəlb olunub.


7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ