RU
İTV-də heç bir şərhçi problemi yoxdur
18:47
1212

İTV-də heç bir şərhçi problemi yoxdur

İyunun 10-dan İctimai Televiziya və Radio Yayımları Şirkəti futbol üzrə Avropa Çempionatının yayımına start verir.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, qitə birinciliyinin ilk oyunu Bakı vaxtilə saat 23:00-da göstəriləcək. Futbol azarkeşlərinin bu möhtəşəm oyuna böyük marağını nəzərə alan şirkət rəhbərliyi bu sahə üzrə ixtisaslaşmış “İdman Azərbaycan” kanalının pesəkar mütəxəssislərini də İTV-nin icmalçıları ilə birgə oyunları şərh etməyə dəvət edib. Futbol uzrə Avropa Çempionatının əsas yayımçısı olaraq bəyan edirik ki, bu təcrübə bir çox ölkələrdə tətbiq olunur və bunun, bəzi saytların iddia etdiyi kimi, “İTV-nin şərhçı tapmaqda çətinlik çəkməsi” uydurması ilə heç bir əlaqəsi yoxdur.

İctimaiyyətlə Əlaqələr şöbəsi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ