Avqustun 6-dan etibarən İctimai Televiziya Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının canlı yayımına start verir.
İTV Cənubi Amerika qitəsində ilk dəfə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimini Bakı vaxtilə saat 02:55-də tamaşaçılara təqdim edəcək.
Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarının Azərbaycanda yayım hüququ İTV-yə məxsusdur.
Qeyd edək ki, 206 ölkənin iştirakının gözlənildiyi möhtəşəm turnirdə idmançılar 301 medal komplekti uğrunda mübarizə aparacaqlar.








