RU
IV qrupda müəyyən qədər yer boş qalacaq - Məleykə Abbaszadə
16:11
151

IV qrupda müəyyən qədər yer boş qalacaq - Məleykə Abbaszadə

Plan yerləri çox olduğundan IV qrupda müəyyən qədər boş yerlər olacaq.

7News.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu il IV qrup üzrə müsabiqə mərhələsini keçən abituriyentlərin sayı ötən illə müqayisədə artıb: "IV qrupda 600-dən çox bal toplayanların sayı ötən illə müqayisədə 54 nəfər çoxdur. Eyni zamanda, 500-dən yuxarı bal toplayanların sayı 571 nəfər, 400-dən yuxarı bal toplayanlar isə ötən illə müqayisədə 141 nəfər çox olub. Bundan başqa, 150-dən çox bal toplayanlar da keçənilkindən daha çox olub".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ