Koronavirus epidemiyasının mərkəzinə çevrilən ABŞ-da Kovid-19-a yoluxma sayı artmaqda davam edir. ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın şəxsi köməkçisi də koronavirusa yoluxub.
7News.Az ABŞ mətbuatına istinadən xəbər verir ki, İvanka Trampın şəxsi köməkçisinin koronavirus testinin müsbət olduğu deyilib. Köməkçinin son bir neçə həftə ərzində Trampın qızının yanında olmadığı və uzaqdan çalışdığı bildirilib.
Cümə axşamı ABŞ prezidenti Donald Trampın köməkçisinə koronavirus diaqnozu qoyulandan sonra ABŞ-ın vitse-prezidenti Mayk Pensin mətbuat katibi Keti Millerin də koronavirus testinin müsbət olduğu açıqlanıb. Bu hadisədən sonra Pensin Lova əyalətinə səfərinin gec başlandığı bildirilib.
7News.Az








