RU
“İvanovka Qafqaz” məhsullarından uzaq durun
10:48
6380

“İvanovka Qafqaz” məhsullarından uzaq durun

Sən demə, “İvanovka Qafqaz” məhsulları İsmayıllının İvanovka kəndindən gəlmirmiş, Biləcəridə istehsal olunurmuş.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verdiyi açıqlamada bu barədə danışıb: “Bəzi süd məhsullarının üzərində İvanovkada istehsal olunduğu göstərilsə də əslində məhsul orada istehsal olunmur. Məsələn, bu yaxınlarda xəbər tutmuşuq ki, “İvanovka Qafqaz” Biləcəridə istehsal olunur.

Bu barədə hətta İvanovka sakinləri də dəfələrlə bizə şikayət edib. Ümiyyətlə, “İvanovka” adı altında satılan məhsulların İvanovkadan alınmadan buraxılması ilə bağlı istehlakçıların çoxsaylı aldadılması halları ilə rastlaşırıq. Bizə daim bu barədə şikayətlər daxil olur. Hətta onu da deyim ki, İvanovkanın kolxoz sədri bizə şikayət edir ki, biz ora süd vermirik. Bu barədə dövlət orqanlarına məlumat vermişik”.

E.Hüseynov onu da qeyd etdi ki, Yasamal rayonunda yerləşən “İvanovka” adlı market fəaliyyət göstərir. Amma bu marketə heç vaxt İvanovka kəndindən məhsul gətirilmir. Azad İstehlakçılar Birliyinin sədri daha sonra qeyd etdi ki, süd məhsullarının bəzilərinin üzərində narıncı rəngə çalan tozcuqlar görünür ki, bu əslində süd məhsullarının tərkibində palma yağı olduğunu xəbər verir: “İndi yağların tərkibində palma yağı çoxdur. Amma bu digər süd məhsullarına da qatılır. Belə olduqda siz smetanın və ya qatığın üzərində xırda narıncı tozcuqlar görəcəksiniz.

Bütün hallarda Bakıya maşınlarla təbii süd gətirildiyini görən olmur. Çünki yoxdur. Biz uşaq olanda Bakının küçələrində süd maşınları gəzirdi və şəhər sakinləri kəndlərdən gətirilən təbii, təmiz südü alıb, istifadə edirdi”./interpress

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ