RU
19:40
459

"Çıxıb üstünə qırıb götürmüşəm" - Dilənçinin oğlu xuliqanlıq üstündə tutuldu - VİDEO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları xuliqanlıq maddəsi ilə axtarışda olan rayonun Havarlı kənd sakini 53 yaşlı Cəlal Dilənçi oğlu Qəhrəmanovu saxlamaq istəyərkən o qaçmağa çalışıb.

7news.Az ARB TV-yə istinadla xəbər verir ki, o, məqsədinə nail ola bilməyib.

Saxlanıldıqdan sonra Cəlal Qəhrəmanovun evinə baxış keçirilib. Onun üzərindən sellofon torbada və yaşadığı iki mərtəbəli evin 1-ci mərtəbəsindən narkotik tərkibli vasitə olan marixuana aşkarlanıb. Cəlal Qəhrəmanov narkotik tərkibli bitkiləri kəndin yaxınlığındakı meşə ərazisindən tapdığını deyib.

Cəlal Qəhrəmanov - Saxlanılan şəxs: "Özüm üçün də belə. Çıxmışam üstünə qırıb götürüb gəlmişəm. Arada bir istifadə eləyirəm".

Narkotik tərkibli bitkilər maddi sübut kimi götürülüb.

3 uşaq atası olan saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu deyib. Bildirək ki, narkotik vasitələrin daşınması və saxlanmasında şübhəli bilinən Cəlal Qəhrəmanov əvvəllər də xuliqanlıq maddəsilə təqsirli bilinərək bir dəfə məhkumluq həyatı yaşayıb.

7news.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ