Türkiyənin İzmir şəhərində Ədliyyə binası yaxınlığında baş verən terror aktı ilə əlaqədar şübhəli bilinən 2 nəfər saxlanılıb.
Türkiyə polisi baş verən hadisələrdən sonra video görüntüləri araşdırmağa başlayıb. Araşdırmalar zamanı görüntülərdə 2 nəfərin şübhəli hərəkətləri diqqəti cəlb edib. Onların kimliyi və yeri müəyyən edilib. Keçirilən əməliyyat zamanı saxlanılan şəxslər polis idarəsinə aparılıblar.
Araşdırmalar davam edir.
7news.Az








