RU
İzmirdə suya düşən xəyallar: Məşhur aktrisanın qohumları olan əkizlər zəlzələnin qurbanı oldular - FOTO/VİDEO
13:10
247

İzmirdə suya düşən xəyallar: Məşhur aktrisanın qohumları olan əkizlər zəlzələnin qurbanı oldular - FOTO/VİDEO

Türkiyənin İzmir şəhərində güclü zəlzələ nəticəsində həyatını itirənlər içərisində 16 yaşlı Çinar və Sayra Alpgündüzlər də var.

DHA onların çəkildiyi verilişdən kadrlar yayıb.

Görüntülərdə aparıcının "Xəyallarınız nədir?” sualına Çinar "pilot”, Sayra isə "həkim” deyə cavab verib.

 

Əkizlər türkiyəli məşhur aktrisa İclal Aydının əmisi qızının uşaqları olublar.

Aktrisa sosial media hesabından kədərini paylaşıb:

"Dünya üzərində təsəllinin olmadığı bir andır bu”.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ