Tanınmış müğənni İzzət Bağırov günlərdir ki, konsertinin məşqlərini davam etdirir.
İfaçı oxuyacağı mahnıları orkestrı ilə birlikdə məşq edərək, hər kəsin işinə xüsusi diqqət edir.
Bağırov konsertin bu dərəcədə məsuliyyət tələb edəcəyini düşünmədiyini açıqlayıb: “Bu işə başlayanda bilirdim ki, çətindir. Məsuliyyət tələb edir. Ancaq əvvəllər konsert vermək daha asan idi. İndi insanlar yenilik istəyir, fərqli işıq effektləri, rəqslər görmək istəyir. Bütün bunları hazırlamaq çox çətindir. Tamaşaçı izlədiyi konsertin necə çətinliklə ərsəyə gəldiyini tam dərk edə bilməz. Gərək müğənninin yerində olsun ki, anlasın. Hər işimin üstündə özüm dayanıram. Hər detalına incəliklə diqqət yetirirəm ki, konsertdə kiçik bir səhv belə olmasın. Repertuarıma sevilən mahnılarımı salmışam. Aralarında türk mahnıları da var.Allahın izni ilə sentyabrın 18-I möhtəşəm bir konsert tamaşaçıları gözləyir. Qeyd edək ki, “Mənim dünyam” adlanan konsertin musiqi rəhbəri isə Hüseyn Məhəmmədoğludur. İzzət Bağırovun konsert öncəsi məşqindən fotoları təqdim edirik.












