Bu gün məşhur Hollivud aktyoru, rejissoru, ssenaristi və prodüseri Jan-Klod Van Dammın 56 yaşı tamam olur.
7News.az oxucularına bu aktyor barəsində bir çoxlarının bilmədiyi, maraqlı faktlar təqdim edir
Onun tam adı Jan-Klod-Kamil-Fransua Van Varenberqdir. Həlak olmuş dostunun şərəfinə özünə "Van Damm" təxəllüsü götürüb.
Van Damm 1960-cı ildə Brüsseldə anadan olub, uşaqlıqdan idmanla məşğul olub. O, 1978-ci ildə bodibildinq üzrə Avropa çempionatında 3-cü yer tutub, 1979-cu ildə isə Belçika çempionu adını qazanıb.
Həmin il Jan-Klod karate və kikbolsinq üzrə Avropa çempionu adına layiq görülüb. Beləliklə, eyni vaxtda üç idman növü ilə məşğul olan gələcək kinoulduz artıq 19 yaşında onların hər birində möhtəşəm uğur qazanıb!
Karate və kikboksinq yarışlarında cəmi iki dəfə məğlub olub.
Aktyor kimi 50-dən çox filmə çəkilib. Çəkildiyi ilk film "Geriyə cəkilməmək və təslim olmamaq” filmi olub. Bu filmə aktyor düz 30 il bundan öncə - 1986-cü ildə çəkilib.
5 dəfə(o cümlədən 2 dəfə eyni qadınla) evli olan aktyorun 3 övladı var.
7News.az








