“Türkiyə Rusiyanın “bir nömrəli” düşmənidir”.
Rusiyanın Liberal-Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski Türkiyəyə nüvə zərbəsi endirməyi təklif edib.
O bu barədə “Qovorit Moskva”nın efirində bildirib.
Siyasəyçi hesab edir ki, Türkiyə rəhbərliyi Suriyada vurulan bombardmançıdan sonra Rusiyanın hərbi cavab tədbirlərindən qorxmalıdır.
“Prezidentin bir axmaq hərəkəti və ölkə tamamilə yoxa çıxa bilər. Onu raket-nüvə zərbəsi ilə məhv etmək olar.
İstanbulu məhv etmək çox asandır: boğazlara bircə nüvə bombası atmaq kifayətdir ki, onu su yuyub aparsın.
Bu elə dəhşətli daşqın olacaq, dalğaların hündürlüyü 10-15 metrə çatacaq və şəhər yoxa çıxacaq. Orada isə 9 milyon yaşayır”, - deyə, Jirinovski bəyan edib.
Onun sözlərinə görə, Türkiyə Rusiyanın “bir nömrəli” düşmənidir./oxu
7news.az








