RU
Jirinovski ərzaq talonları rejiminin tətbiqini təklif edib
20:10
457

Jirinovski ərzaq talonları rejiminin tətbiqini təklif edib

Rusiyada Liberal-Demokratlar Partiyasından prezidentliyə namizəd olan Vladimir Jirinovski dövlət başçısı seçiləcəyi təqdirdə, ilk növbədə amnistiya, rus dilinin qorunması və ərzaq talonlarının tətbiqi ilə bağlı fərmanlar imzalayacağını açıqlayıb

"Əfv haqqında fərman: Bizdə hal-hazırda  cəzaçəkmə müəssisələrində olan məhbusların sayı 650 mindir, onların bir hissəsi yüngül xətalar törədib.

Rus dilinin qorunması haqqında: Hər gün dilimizə hansısa yeni bir xoşagəlməz söz əlavə olunur.

Əhalini də düşünmək, ərzaq talonlarını işə salmaq lazımdır”, - deyə Jirinovski prezident seçiləcəyi təqdirdə imzalayacağı ilk üç fərmanla bağlı suala cavabında bildirib.

Liberal-demokratların lideri hakimiyyətdə təcili struktur dəyişikliklərinə ehtiyac olduğunu vurğulayıb.

"Əks təqdirdə onlar təxribat törədib, ölkədən qaçmağa macal tapacaq”, - deyə Jirinovski bildirib./oxu

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ