Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır.
Bu barədə 7news.Az "RİA Novosti”yə istinadən məlumat verir.
"Rusiyada prezident seçkilərində iştirak etmək istəyən bir qadın ortaya çıxıb, Krımın Ukraynaya mənsub olmağını bildirməyi yolverilməzdir. Bu, cinayətdir. Baş prokuror cinayət işinə başlamalıdır, istintaq komitəsi cinayət işi açmalıdır və məsələ məhkəməyə ötürülməlidir. O, beş il müddətinə həbs edilməlidir”, - deyə V.Jirinovski bildirib.
Partiya sədri qeyd edib ki, Sobçak kimi namizədlər ucbatında 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər.
Xatırladaq ki,K.Sobçak prezident seçkilərində iştirak edəcəyini bəyan etdiyi ilk mətbuat konfransında Krımın Ukraynanın ərazisi olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Rusiya-Ukrayna münasibətləri yenidən bərpa olunmalıdır.
7news.Az







