Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Josep Borrel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfər edəcəklər.
Bu barədə Sloveniyanın Baş naziri Yanez Yanşa bildirib.
O, həmçinin Kiyevdəki bir neçə diplomatik missiyanın da öz işini bərpa edəcəyinin anonsunu verib.
"Kiyevdəki sloveniyalı diplomatlara litvalılar da qoşulacaqlar. Həmçinin Aİ missiyası da oraya qayıdacaq”, - deyə Y.Yanşa bildirib.
Mənbə: Pravda








