Mourinyo “Mançester Yunayted”lə ilkin müqavilə imzaladı.
“Çelsi”nin sabiq baş məşqçisi Joze Mourinyo “Mançester Yunayted”lə ilkin müqavilə imzalayıb.
“El Pais” qəzeti iddia edib ki, razılığa əsasən, tərəflər mayın 1-dək yekun müqavilə imzalamalıdır. Əks halda “MY” portuqaliyalı mütəxəssisə 5 milyon funt (6,5 milyon avro) ödəməlidir. Əgər müqavilə bu il iyunun 1-dək imzalanmasa, o zaman Mourinyo klubdan daha 10 milyon funt (13 milyon avro) alacaq.
Əgər məşqçi özü hansısa səbəbdən “MY”də işləməkdən imtina edərsə, bu halda o, kluba təzminat ödəməli olacaq (məbləğ açıqlanmayıb).
7News.Az








