RU
Jurnalist canlı yayım zamanı insan xilas etdi - VİDEO
13:40
344

Jurnalist canlı yayım zamanı insan xilas etdi - VİDEO

Texasın KNOU 11 televiziya kanalının müxbiri Brendi Smit "Harvi" qasırğası nəticəsində su tələsinə düşən yük maşını sürücüsünü xilas edib.

 "Twitter"də paylaşılan canlı yayımın videosunu 20 min adam bəyənib, video 12 min dəfə paylaşılıb.

Belə ki, sürücünün olduğu yük maşınının batdığını görən jurnalist ona kömək etmək üçün can atıb. O, yoldan keçən şerif köməkçisinin avtmobilini saxlayıb. Qayığın şerif köməkçisinin avtomobilinə qoşulduğunu görən jurnalist onlardan sürücüyə təcili kömək etmələrini xahiş edib. Sosial şəbəkə istifadəçiləri qadını təltif etməyə çağırıb. Məlumata görə, xilasedicilər yük maşınına yaxınlaşaraq, sonda sürücünü təhlükəsiz yerə apara biliblər.

"Harvi" qasırğası avqustun 26-na keçən gecədən etibarən Texas ştatını cənginə alıb. Təhlükəyə görə ilk olaraq qasırğaya dördüncü dərəcə, sonra isə endirilərək tropik qasırğa dərəcəsi verilib.  Təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 10-dan çox xəsarət alan var./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ