RU
Jurnalist qadın biabır oldu
13:43
1316

Jurnalist qadın biabır oldu

Meksikalı jurnalist, "TV Azteca Puebla" telekanalının reportyoru Lidiya Kamminq reportajlardan birində çəkilmiş fotosu sosial şəbəkələrdə yayılandan sonra dünyaca "məşhurlaşıb".

Meksikanın mərkəzi hissəsindəki Puebla şəhərindəki daşqın zamanı reportaj hazırlamış L.Kamminqi iki nəfər bellərində apararkən bu mənzərəni fotoqraf çəkib və Facebook-dak profilində yerləşdirib.

Jurnalist Xose Daniel Ernandes isə fotonu Twitter-dəki profilində yayaraq yazıb: "Biabırçılıqdır! TV Azteca-nın reportyoru Lidiya Kamminq ayaqlarının islanmaması üçün beldə aparılmasını istəyir".
Ernandes həmkarını "LadyReportera" adlandırıb.

Az sonra Lidiya Kamminqin fotosu sosial şəbəkələrdə memə çevrilib.

L.Kamminq özünə haqq qazandırmağa çalışıb: "Yerli sakinlər mənə yardım təklif etdilər, mən də yox cavabı verərək onların qəlbini qırmaq istəmədim. Məni cəmi bir neçə saniyə əllərində apardılar, sonra yerə qoydular".

Lakin TV Azteca telekanalının rəhbərliyi bəraəti məqbul saymayıb, L.Kamminqi işdən çıxarıb.

Lidiya Kamminq Twitter-dəki profilində videomüraciət yayıb: "Səhv etmişəm və üzr istəyirəm. Amma jurnalist karyerasından imtina etmək niyyətində deyiləm. Bu peşəni sevirəm. Hadisələr bir qədər səngiyəndə özümə yeni iş yeri axtaracağam".

24 yaşlı Lidiya Kamminq TV Azteca Puebla telekanalında 2015-ci ilin sentyabrından bəri çalışırdı.
 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ