RU
Jurnalist yazdığı statusa görə işdən qovuldu
10:18
231

Jurnalist yazdığı statusa görə işdən qovuldu

Almanyanın tanınmış jurnalistlərindən olan Mathias Matussek Parisdəki terror faciəsini şərh etdiyi üçün `Die Welt` qəzetindən qovulub.

Matussek Parisdəki terrordan sonra özünün Tvitter hesabında gülüşlə “Parisdəki terror Almaniyadakı açıq sərhədlər və ölkəmizdəki 250 min qeyri-qanuni miqrant müsəlmanlar haqqında mübahisələrə fərqli bir istiqamət verəcək”-deyə qeyd edib.

Alman mətbuatı və sosial şəbəkə istifadəçiləri Matussekin şərhini tənqid atəşinə tutub.

O, qəzetdəki işindən qovulub./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ