Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Republikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib olmuş "Jurnalistikanın bu günü” layihəsinin açılış mərasimi keçirilmişdir. Tədbirdə tanınmış aparıcılar Vüsalə Səid və Rəşad Mehdili iştirak etmişdir. Əvvəlcə layihə rəhbəri Jalə Məmmədova qonaqları tələbələrə təqdim etmiş və Gənclər Fondu haqqında onları bilgiləndirmişdir. Daha sonra aparıcılar jurnalist tələbələrlə jurnalistikanın bu günki vəziyyətini müzakirə etmiş, gələcəyin jurnalistlərinə təcrübələri haqqında məlumat vermişlər. Görüşün sonunda aparıcılar gənclərin suallarını cavablandırmış və kollektiv foto çəkilmişdir.









