Azərbaycanda hərbi sahədən yazan jurnalistlər üçün təlim kursları başa çatdı.
TTV (Region TV) xəbər verir ki, müxtəlif hərbi hissə və poliqonlarda təşkil olunan təlimlərdə Cənubi Qafqazın ilk xəbər kanalı ilə yanaşı, ölkədə fəaliyyət göstərən 40-dan çox KİV-in nümayəndəsi iştirak etdi.
Təlim zamanı ekstremal jurnalistlərə müharibə şəraitində düşməni tanıma, minalanmış ərazini keçmə bacarığını, hansı mövqedə təhlükəsiz dayanaraq çəkiliş aparması, məlumat toplaması və düşmənə hücum zamanı hansı qərarı qəbul etmələri ilə bağlı davranış metodları tədris edildi. Poliqonlarda döyüş şəraiti imitasiya olundu. Düşmənin şərti mövqeləri darmadağın edildi. Bu prosesi necə işıqlandırmaq lazımdır media nümayəndələrinə izah olundu. Təlimin son günləri jurnalistlərə kəşfiyyat xarakterli tapşırıqlar verildi. Onlar düşmənin basqı, pusqu kimi əks kəşfiyyatın həmlələrindən necə yayınmaları haqqında təlimatlandırıldı.
Yaxın gələcəkdə işğal olunmuş torpaqlarımızın azad olunması xəbərini və üçrəngli şanlı bayrağımızın həmin ərazilərdə dalğalanması görüntülərini sizə çatdırmaq ümidi ilə.








