Əfqanıstanın paytaxtı Kabildə Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış olub.
7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra silah səsləri eşidilib.
Hadisənin təfərrüatı araşdırılır.
Qeyd edək ki, daha əvvəl Əfqanıstanda 2 partlayış baş vermişdi. Nəticədə 6 nəfər ölmüş, 21 nəfər isə yaralanmışdı.
7news.Az








