RU
Kabildə terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb
00:20
392

Kabildə terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb

Kabildə törədilən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Bu barədə Əfqanıstan daxili işlər nazirliyinin rəsmisi bildirib.

Son hesablamalara əsasən, Əfqanıstan parlamenti qarşısında törədilən partlayış zamanı 20 nəfər ölüb, 29 nəfər yaralanıb. Bundan əvvəl 10 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilirdi.

Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməsə də, "Taliban" silahlı qruplaşmasının partlayışda əli olduğu ehtimal edilir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ