RU
Kabildəki partlayışda AFP fotoqrafı həlak oldu
11:59
641

Kabildəki partlayışda AFP fotoqrafı həlak oldu

Fransanın AFP-nin (Agence France-Presse) fotoqrafı Şa Maria Əfqanıstanın paytaxtı Kabildə baş verən partlayışda həlak olub. 

7news.Az bununla bağlı AFP-yə istinadla xəbər verir.

"O, Əfqanıstanın paytaxtında jurnalistlərə yönəlmiş terakt zamanı həlak olub”, - agentliyin məlumatında deyilir. 

Hücum zamanı xəsarət alanlar arasında TOLOnews, 1TV və "Al-Jazeera” telekanallarının əməkdaşları da var. 

Kabildə bazar ertəsi səhər saatlarında baş verən iki partlayış zamanı 21 nəfər həlak olub, 27 nəfər yaralanıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ