RU
Kadırov azərbaycanlı döyüşçüyə maşın bağışladı
20:39
878

Kadırov azərbaycanlı döyüşçüyə maşın bağışladı

Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü keçirib.

4 ay aradan sonra yenidən rinqə çıxan həmyerlimiz ötən gecə Çeçenistanın Qroznı şəhərində keçirilən prinsipial döyüşdə 8 il əvvəl uduzduğu rəqibini məğlub edib.

"Qroznaya bitva - 13” adlı döyüş çərçivəsində Zabit Səmədov polşalı Pol Slovinski ilə qarşılaşıb. Bu rəqibi ilə ilk dəfə 8 il öncə - 2007-ci ilin iyununda Amsterdamda qarşılaşmış azərbaycanlı idmançı o zaman elə ilk raundda nokauta düşərək məğlub olmuşdu.

Bu dəfə isə əksinə olub. Çeçenistanın "Axmat” klubunu təmsil edən Zabir 5 raundun sonunda qələbəni bayram edib.

Çeçenistan dövlət başçısı Ramzan Kadırov isə Zabit Səmədovu Pol Slavinski üzərindəki qələbə münasibətilə təbrik edib və ona “Mercedes” markalı avtomobil hədiyyə edib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ