RU
Kadirov İŞİD-in Çeçenistanda peyda olmasından narahatdır
00:31
573

Kadirov İŞİD-in Çeçenistanda peyda olmasından narahatdır

İŞİD terror qruplaşması Çeçenistandan öz güc və imkanlarının nümayişinə cəhd edə bilər.

Bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov respublika DİN-in kollegiyasında bildirib.

Onun sözlərinə görə, respublikanın təhlükəsizliyinin təmin edilməsi onun rəhbərliyi və hüquq-mühafizə orqanları üçün prioritet məsələ olaraq qalır. O, hüquq-mühafizə orqanlarını sayıqlığı artırmağa çağırıb.

“Biz əlimizdən gələni etməliyik ki, regiona “iblis dövlətin” bir qulduru belə sıza bilməsin” – deyib Kadırov.

Bundan öncə o, terrorçular üçün ölüm hökmünün tətbiqini təklif eləmişdi./musavat

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ