RU
Kadırov ölkədə fövqəladə rejim elan etdi
19:30
1272

Kadırov ölkədə fövqəladə rejim elan etdi

Çeçenistan prezidenti Ramzan Kadırov ölkədə fövqəladə rejim elan olunduğunu bəyan edib.

O, bu qərarı ölkədə baş verən təbii fəlakətlər nəticəsində dəymiş ziyana görə verib.

“Bu gün ölkədə leysan, külək, qasırğa və dolu səbəbindən yaranmış fövqəladə vəziyyətlə əlaqədar operativ qərargahın iclası keçirildi. Qərargah rəisi Abdula Maqomadov fəlakətin Qroznensk, Nadtereçnı, Urus-Martanovsk rayonlarında və Qroznı şəhərində ciddi fəsadlar törətdiyini bildirdi. Buna görə də bütün respublika ərzisində fövqəladə rejim elan etdim”, - deyə Kadırov İnstagram hesabında yazıb.

Qeyd edək ki, Çeçenistanda təbii fəlakət nəticəsində 372 evə ziyan dəyib./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ