RU
Kadırov oyun zamanı mikrafonla hakimi söydü - VİDEO
14:30
272

Kadırov oyun zamanı mikrafonla hakimi söydü - VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov hərəkəti ilə növbəti dəfə gündəmə gəlib.

7News.Az xəbər verir ki, o, Rusiya Premyer Liqasının V turunda keçirilən "Axmat" - "Spartak" oyununda qalmaqala səbəb olub. Belə ki, baş hakim Aleksey Suxoyun idarəçiliyindən narazı qalan Kadırov "Axmat Arena"da keçirilən matçın 82-ci dəqiqəsində mikrafonu əlinə alaraq "Hakim, prezervativdir" qışqırıb.

Qeyd edək ki, qarşılaşma "Axmat"ın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Kadırov 2013-cü ildə də eyni üsulla hakimi təhqir etmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ