RU
Kadırov qəzada ölən sərxoş sürücüləri şəriət qanunları ilə dəfn edilməsinə qadağa qoydu
23:00
364

Kadırov qəzada ölən sərxoş sürücüləri şəriət qanunları ilə dəfn edilməsinə qadağa qoydu

Çeçenistan rəhbəri Ramzan Kadırov imam və mollaları yol qəzasında ölən sərxoş sürücülüər üçün cənazə namazı qılmamağa çağırıb. 

7news.Az xəbər verir ki, çeçen liderinin fikrincə bu insanlar şəriət qanunları ilə dəfn edilməyə layiq deyillər. 

"Əgər insan sərxoş vəziyyətdə qəza törədərək ölübsə, onun dəfni ilə din xadimləri məşğul olmalı deyillər. Cəmiyyət dəqiq anlamalıdır ki, bu insan bilərəkdən və qəsdən cinayət törətməyə meyl edib”, - Kadırov bildirib. 

Xatırladaq ki, daha öncə o, sükan arxasında olan sərxoş insan, terrorçu qədər təhlükəlidir. Qalmaqala səbəb isə Çeçenistanada noyabrın 28-də ba verən qəza olub.  Qəzada 7 nəfər ölüb. Bundan sonra respublikada sahibkarların təşəbbüsü ilə bütün spirtli içki satan obyektlər bağlanıb. KİV-in verdiyi məlumata görə, faciənin səbəbkarının ailəsi isə Çeçenistanı tərk edib. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ