RU
Kadırovçulardan vəhşilik: Poçt işçilərini güllələyib tankla üstlərindən keçdilər (FOTO)
16:15
449

Kadırovçulardan vəhşilik: Poçt işçilərini güllələyib tankla üstlərindən keçdilər (FOTO)

Şənbə günü, martın 5-də Zaporojye vilayətində Kadırovun adamları tankda olan "Ukrpoçta” markalı avtomobilə atəş açıb və onun üstündən keçiblər. Bir kişi və bir qadın hadisə yerində ölüb.

7News.Az Unian-a istinadla xbər verir ki, bu barədə Zaporojye Vilayət Dövlət Administrasiyasından məlumat verilib.

Həmin gün "Ukrpoşta” işçiləri Orexovo, Omelnik, Yeqorovka və Novoselivka qəsəbələrindən keçən marşrutla pensiya və poçtu gətirirmişlər. Yeqorovka və Novoselovka qəsəbələri arasındakı yolda tank mülki avtomobilə qarşı gəlirmiş.

Avtomobilin sürücüsü hərbi maşınları buraxmaq üçün bir az sağa çəkilib, lakin buna cavab olaraq kadırovçular mülki avtomobilə atəş açıb, sonra isə onun üzərindən keçiblər.

"Hazırda bu avtomobil Yeqorovka və Novoselivka qəsəbələri arasındakı yolda qalır. Dünən "Ukrpoşta”dan olan həmkarları ölən həmkarlarını götürməyə çalışıblar, çünki onlar kiminsə sağ qalacağına ümid ediblər. Lakin faciə yerinə gələndə onlar ölübmüşlər. Yalnız hadisə yerinin şəklini çəkə biliblər, çünki tanklar peyda olmağa başlayıb və orada qalmaq təhlükəli olub”, - Regional Dövlət Administrasiyası qeyd edib.

"Ukrpoşta”nın ölən işçilərinin cəsədləri ilə əzilmiş avtomobil tarlada qalıb. Bu ərazidə hərbi əməliyyatların aparılması və işğalçıların hərbi texnikasının hərəkəti ilə əlaqədar hazırda ölənlərin cəsədlərinin təxliyyəsi mümkün deyil.

Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova açıq şəkildə müraciət edib. O, bütün insanların ölümlü olduğunu bildirib: "Ancaq Ukrayna hərbçiləri qəhrəman kimi ölür, ruslar, buryatlar, çeçenlər isə murdar çəyirtkələr kimi ölürlər”.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ