RU
Kadırovun hədələdiyi imamın olduğu məscidin yanında partlayış
22:10
1296

Kadırovun hədələdiyi imamın olduğu məscidin yanında partlayış

Rusiyanın Nazran şəhərində məscid yaxınlığında “Vaz-2107” markalı avtomobil partlayıb.

Hadisə bu gün günorta saatlarında baş verib. Bu barədə İnquteşiya hüquq-mühafizə orqanlarından bildirilib.

Partlayış zamanı hadisə yerindən maşınla keçən bir nəfər ağır yaralanıb. O, İnquşetiyada xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin versiyaya görə, hadisəni törətməkdə məqsəd məscidə gələn imam Həmzət Çumakova qarşı sui-qəsd etmək olub. Belə ki, 2010-cu ildə ona qarşı sui-qəsd təşkil edərək olduğu maşın partladılıb. Hadisə nəticəsində ağır yaralanan imam bir ayağını itirib və uzun müddət Moskvada xəstəxanasında müalicə alıb. Çumakov 2011-ci ildə yenidən İnquşetiyaya qayıdıb və vəzifəsini yenidən yerinə yetirməyə davam edib.

Qeyd edək ki, Çeçenistan prezidenti Ramzan Kadırov bir müddət öncə imam H. Çumakovu sələfilərin ideyalarını yaymaqda günahlandırıb.

Kadırovun sözlərinə görə, Çumakovun fikirlərini Çeçenistanda yaymaq istəyən hər bir şəxsin başını buna görə bədənindən ayırmaq lazımdır./qafqazinfo

7news.Az

  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ