7NEWS.az xəbər verir ki, Suriyanın şimal-qərbində müxaliflər tərəfindən yaradılan mülki müdafiə qrupları, Kahramanmaraş zəlzələlərindən sonra bölgədə başlayan vəba epidemiyası səbəbindən 22 nəfərin həyatını itirdiyini açıqladı.
Suriyanın zəlzələdən ən çox zərər çəkmiş bölgəsində qərb ölkələrinin dəstəklədiyi əsas xilasetmə qrupu, içməli su və kanalizasiya infrastrukturunun zədələnməsi nəticəsində epidemiyaya görə daha 568 hadisənin olduğunu açıqlayıb.
7NEWS.az








