7NEWS.az xəbər verir ki, yeni bir elmi araşdırma, kainatın əvvəllər düşünüldüyündən çox daha sürətli məhv edilmə prosesində olduğunu ortaya qoydu. Araşdırmaya görə, kainatın tamamilə yox olması üçün tələb olunan vaxt təxminən 10⁷⁸ ildir. Bu müddət əvvəlki 10¹¹⁰⁰ illik hesablamadan xeyli qısadır. Araşdırma, kainatın ən uzunömürlü cisimləri olan ağ cırtdan ulduzların tamamilə çürüməsi ilə kainatın sona çatacağını proqnozlaşdırır.








