RU
Kainatın ƏN BÖYÜK qara dəliyi YOXA ÇIXIB - Alimlər ŞOKDA
13:10
528

Kainatın ƏN BÖYÜK qara dəliyi YOXA ÇIXIB - Alimlər ŞOKDA

"Abell 2261" ulduz topasında yerləşən Kainatın ən böyük qara dəliklərindən birinin qəfildən radarlardan itməsi astronomları çaşqınlığa salıb.

7News.Az esoreiter.ru-ya istinadən xəbər verir ki, "Abell 2261" daha kompakt qalaktikalara ev sahibliyi edir və kainatın ən böyük quruluşlarından biri sayılır.

 

Topanın mərkəzində hazırda astronomlar tərəfindən kəşf edilən ən böyük (10.000 işıq il boyunda) qalaktik nüvəyə sahib olan inanılmaz parlaq "A2261-BCG" qalaktikası var.

Bu ölçülər, içərisində nəhəng qara dəliyin olması ilə əlaqədardır. "A2261-BCG" qalaktikasının nüvəsi gözqamaşdırıcı ulduz parıltısının dağınıq dumanını ehtiva edən güclü radiasiya yayır.

Müasir güclü "Hubble" və "Chandra" teleskoplarının istifadəsinə baxmayaraq, tədqiqatçılar radardan itən kosmik obyektin izlərini belə, aşkar edə bilməyiblər.

Miçiqan Universitetindən olan Kayahan Gültəkinin rəhbərlik etdiyi astronomlar komandası qara dəliyin qalaktikadan "atılmış" olduğunu ehtimal ediblər, lakin bu halda da onun hazırda harada olduğu məlum deyil.

Alimlər qara dəliyi axtarmağa davam edirlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ