RU
“Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı - “Novruz bayramında istifadə etmişəm”
13:45
464

“Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı - “Novruz bayramında istifadə etmişəm”

Paytaxtda Nizami Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Yardımlı rayon sakini Cəlal Vəliyevin odlu silah-sursat satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

7News.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Vəliyev metronun Qara Qarayev stansiyasının yaxınlığında 1 ədəd nömrəsi silinmiş tapança, 1 ədəd "Kalaşnikov” markalı avtomat silah və 13 ədəd avtomat patronunu 2500 manata satmaq istəyən zaman saxlanılıb.

Polis İdarəsinə gətirilən Cəlal Vəliyev odlu silah-sursatın ona aid olduğunu, onları bir neçə ildir ki, Yardımlı rayonunda yaşadığı evin həyətyanı sahəsində gizlətdiyini, hətta avtomatdan dəfələrlə istifadə etdiyini də etiraf edib.

Cəlal Vəliyev – Saxlanılan şəxs: "Pulu götürüb, silahı verəcəkdim. O zaman polis tərəfindən tutuldum. Novruz bayramında gecə istifadə etmişəm”.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.//ARB TV 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ