ABŞ-da şənlik keçirilən evin qarşısında silahlı hücum olub. Üç kişi hadisə yerində ölüb. Xəsarət alan qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.
7NEWS.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında bir qrup silahlı şəxs şənlik keçirilən evə atəş açıb. İlkin məlumata görə, hücum nəticəsində 4 nəfər ölüb, ən azı 3 nəfər yaralanıb. Hadisənin baş verdiyi Kinq Siti polis idarəsindən verilən açıqlamada, dünən günorta saatlarında şənliyin keçirildiyi evin qarşısında gümüş rəngli avtomobilin dayandığı və 3 nəfərin avtomobildən düşərək atəş açdığı bildirilib. ön bağçada ziyafət iştirakçıları.
7NEWS.az








