RU
14:54
995

"Kalyari" yenidən A seriyasında

Növbəti mövsümdən İtaliya A seriyasında oynamaq hüququ qazanan ikinci klub müəyyənləşib.

7News.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, "Kalyari" B seriyasının 40-cı turunda "Bari"yə 3:0 hesabı ilə qalib gələrək turniri ikinci pillədə başa vurmağı rəsmiləşdirib.

Bununla da komanda yüksək liqaya vəsiqəni təmin edib.

Qeyd edək ki, bundan əvvəl "Kroton"un A seriyasında oynayacağı müəyyənləşib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ