RU
Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görüldü
20:43
1405

Kamal Abdulla “Qızıl Delviq” mükafatına layiq görüldü

 Kamal Abdullanın 2014-cü ildə “Platon, deyəsən, xəstələnib” (“Платон, кажется, заболел…) hekayələr kitabı Rusiyanın məşhur  “Художественная литература” nəşriyyatı tərəfindən çap edilib.

Rusiyada geniş oxucu kütləsinin və ədəbi cameənin diqqətini çəkən bu kitab Rusiyada ədəbiyyat üzrə təqdim olunan ən yüksək mükafata – “Qızıl Delviq”ə layiq görülüb. 

23 mart tarixində müəllif Kamal Abdullaya təqdim olunan mükafat “Literaturnaya qazeta”nın ilk baş redaktoru klassik rus şairi Anton Delviqin adını daşıyır.

“Müasir nəsr” nominasiyasında qalib olan yazıçı Kamal Abdulla bununla Azərbaycan ədəbiyyatına ilk dəfə “Qızıl Delviq” mükafatını qazandırıb.

Qeyd edək ki, bu, yazıçı Kamal Abdullanın ikinci beynəlxalq mükafatıdır. 2015-ci ildə yazıçının İtaliyada nəşr olunan “Yarımçıq əlyazma” romanı İtaliyanın məşhur Skanno mükafatının ədəbiyyat üzrə xüsusi prizinə də layiq görülmüşdü.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ