RU
“Kamaz” aşdı - Sürücü ağır yaralandı+Video
00:20
621

“Kamaz” aşdı - Sürücü ağır yaralandı+Video

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun Şabran şəhərindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

7news.Az ARB TV-yə istinadən xəbər verir ki, 1978-ci il Xaçmaz rayon sakini Samir Abbasovun idarə etdiyi 27 BH 951 qeydiyyat nişanlı KAMAZ markalı yük avtomobili yoldan çıxaraq aşıb.

Nəticədə sürücü Samir Abbasov qapalı kəllə-beyin travması, döş qəfəsinin əzilməsi və qamış sümüyünün qırılması diaqnozu ilə Şabran Mərkəzi Rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.

 

7news.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ