RU
15:57
379

"KamAZ" piyadanı vuraraq öldürdü - Bakıda

Sabunçu rayonunda yük avtomobili 41 yaşlı kişini vuraraq öldürüb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, Maştağa-Bilgəh yolu ilə hərəkət edən "KamAZ" markalı yük avtomobili yolu keçmək istəyən Əliyev Habil Əlibala oğlunu vurub. Ağır xəsarət alan şəxs 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. H.Əliyev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır./report

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ