RU
12:44
548

"Kamaz"la toqquşan təcili yardım maşını yandı: 1 ölü, 3 yaralı (YENİLƏNDİ)

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.

Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə "Ford" markalı maşında olan sərnişin Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və digər sərnişinlər, Xəyalə Zabit qızı Mehdiyeva, tibb bacısı Validə Yunis qızı Xəlilova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır. //apa

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ