Kambocada 11 yaşlı qız H5N1 adlı quş qripi səbəbindən müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
7NEWS.az xəbər verir ki, Kamboca Səhiyyə Nazirliyi, Prey Veng şəhərinin bir kəndində yaşayan bir uşağın öskürək, boğaz ağrısı və 39 dərəcəyə qədər qızdırma şikayətləri ilə fevralın 16-da paytaxt Phnom Penhdəki xəstəxanaya aparıldığını və müalicəyə baxmayaraq dünyasını dəyişdiyini açıqladı.
7NEWS.az








