RU
Kamçatka sahilində güclü zəlzələ olub, kənd sakinləri evlərini tərk edib
10:50
29

Kamçatka sahilində güclü zəlzələ olub, kənd sakinləri evlərini tərk edib

Rusiyanın Kamçatka diyarının Berinq adasının sahilində 6,1 maqnitudalı zəlzələ olub.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

"Zəlzələnin maqnitudası – 6,1”, - məlumatda qeyd olunub.

Bildirilib ki, seysmoloji hadisənin episentri adadakı Nikolskoye kəndindən 40 km aralıda, Sakit okeanda olub. 2023-cü ilin məlumatına görə, adanın əhalisi 624 nəfərdir.

"Kamçatka-Inform"un məlumatına görə, təbiət hadisəsi kənddə hiss olunub: sakinlər güclü silkələnmədən evlərini tərk etməli olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ